Hamam otağı
Yeni hamam otağının funksional təşkili
11 Март 2024
Red.: İnfluenser və videoqraf Zaur Nəcəfbəyov yenicə təmiri tamamlanmış vanna otağının interyerinin tamamlanması üçün Hom-me-nin hamam kolleksiyasından seçimlər edib. Zaurun seçimləri və evində interyerini tamamlama təcrübəsini sizlərlə bölüşürük.
Vanna otağımı yeniləməyə başladığım gündən gözüm Hom-me-nin hamam aksessuarlarında idi. Təmir işlərinin sona yaxınlaşması ilə yavaş-yavaş alış-veriş işlərinə başladım və demək olar ki, hamam otağımın yenilənmiş interyerinin tamamlanması üçün lazım olan hər şeyi Hom-me kolleksiyaları arasından seçdim. İndi alış-verişimi və onları necə tətbiq etdiyimi sizlərlə də paylaşmaq istəyirəm.
Və, başlamaq istəyirəm hamam otağı üçün həqiqətən də vacib element olan gözəl xalıdan. Onun yumşaq teksturası rahatlıqla hiss olunur və üstündə durduğunuz zaman komfort effekti yaradır.
Bütün əşyaları moydadırın ətrafına yığmamaq üçün, mən ayrıca bir künc masasından istifadə edirəm və onu tamamlamaq üün isə Hom-me-dən qonaq dəsmalları üçün hamam kasası əldə etdim.
.jpg)
Hamam xalısı və qonaq dəsmalları ilə yanaşı Hom-medən əldə etdiyim və çox bəyəndiyim bədən və üz dəsmallarını da sizə göstərmək istərdim. Gördüyünüz kimi, bütün hamam tekstilini bir kolleksiyadan seçmişik. Onların parçası inanılmaz yumşaqlıq və xoş toxunuşa malikdir!
Moydadır ətrafına düzmək üçün seçdiyim mərmər aksessuarlar arasında diş fırçası üçün stəkan, maye sabun üçün dispenser və sabun qabı var. Bütün bunlar mərmərdən hazırlanmışdır. Ağ rəngi seçməkdə məqsədim qara və qızılı rənglər arasında kontrast yaratmaqdır. Bu kolleksiyanı oval formalı mərmər məcməyi ilə tamamlamışam. Məcməyini qulluq vasitələrini yığmaq üçün istifadə edirəm. Bunlara əlavə olaraq, Hom-me-dən mərmər tullantı qabı və tualet fırçası da aldım və bütün aksesuarların öz arasında yaratdığı harmoniya, vanna otağının ümumi atmosferinin tamamlanmasına kömək etdi.
Bu rəfdə yerləşdirdiyim düzbucaqlı mərmər məcməyinin əsas xüsusiyyəti isə özündə çox əşya sığışdırmasıdır. Məcməyinin içinə şampun, duş geli və sair yığmaq olur. Bunlarla yanaşı Hom-me mağazalarından hamam prosesləri üçün lazım olan fırçalar, süngərlər, massaj alətləri də əldə edə bilərsiz. Sonuncu qeyd etdiyim aləti xüsusilə vurğulamaq istəyirəm, çünki özündə iki funksiyanı birləşdirən bu alət olduqca rahatdır.
Diqqətinizə görə, təşəkkür edirəm!
Hom-me-də görüşənədək!