Ətirli şam ''Royal Amber''
Məhsulun kodu: 118172
Ölçülər
- 10hx10dcm SM
- Rəng:Qəhvəyi
- Material:şüşə, Mum
79.99
₼
Təmizlənmiş mum, təbii esensiyalar və diqqətlə seçilmiş fitillərlə hazırlanan “Icons” kolleksiyası odunsu notlardan incə çiçək çalarlarına, zərif şərq ətirlərinə qədər zəngin bir palitra təqdim edir. Diffuzorlar ətiri sabit və davamlı şəkildə yayır, şamlar isə hər interyerə işıq, istilik və estetik heykəltəraşlıq toxunuşu gətirir.
Ceras Roura — yüz ildən artıq təcrübəsi ilə İspaniyanın ən nüfuzlu şam istehsalçılarından biridir. “Icons” seriyası bu ənənəni müasir tendensiyalarla birləşdirərək ətiri interyer dizaynının əsas elementi kimi təqdim edir: ovqatı formalaşdıran və gündəlik ritualları zənginləşdirən duyğusal bir təcrübə bəxş edir.
· Majestic Lotus
Lotus çiçəyi, Sambak yasəməni, su zərifliyi və süsən tonlarının harmoniyası. Nəticədə: yumşaq, sanki toxunula bilən, zərif və sakit bir ətir təcrübəsi.
· Ancient Woods
Nəfis meşələrə hörmət: isti kəhrəba, hissiyyatlı muskus və dərin ənbərdan ibarət ahəng. Bu aroma enerjini və nostalgiyanı birləşdirir, qoxunun odunsu gücünü ön plana çıxarır.
· Amalfi Bergamot
Parlaq sitrus dəsti + yumşaq çiçək əsası. Berqamot, naringi və süsən, dənizi, günəşli sahil qayalarını və təravətli brizi xatırladır.
· Secret Garden
Günəşli bağda gəzinti: qızılgül, ilanq-ilanq, bənövşə yarpaqları, zanbaq, Dəməşq qızılgülü, tuberoza və hēliotrop. Həm təzə, həm də dərin — rəngli, amma zərif bir qoxu.
· Royal Amber
İsti və ekzotik vəhdət: odunsu-ədviyyatlı baza, bolqar gülü, ud, tütün yarpaqları, vetiver, Maysor santalı və ənbərdən ibarətdir. Dumanlı və hossiyytalı, uzunömürlü təsir buraxıcıdır.
· September Fig
Aralıq dənizi sahillərində yayın son çağırışı: əncir ətiri, əncir yarpaqları, ərik qabığı və pion çiçəkləri yumşaq və rahat bir harmoniya yaradır. Günəşin bu qoxuda həkk edilmiş istisi, əncir bağları və nazik brizləri xatırladır.
“Icons” seriyası sadəcə dekorativ detal deyil, həm də həyat tərzinin mənalı, zərif və unudulmaz simvoludur.
İlk rəyi sən yaz və məhsula qiymət ver