HommeƏqrəb bürcü fincanı
yeni məhsul

Əqrəb bürcü fincanı

Məhsulun kodu: 116444

Ölçülər

  • 370ml ML
  • Rəng:Bənövşəyi
  • Material:sümük çinisi, çini
29.99
Qısa məlumat
Rəylər
"Mystic Zodiac", fincan kolleksiyası Hom-me brendinin səma ilə yer arasında qurduğu poetik körpüdür. Azərbaycanlı rəssam Fazil Yaqubov tərəfindən xüsusi olaraq hazırlanan bu 12 parçalı kolleksiya — hər biri, bir bürcü təmsil edən incə çini fincanlar — gündəlik isti içki anlarını səmanın və qədim biliklərin bir hissəsinə çevirir.

Bu kolleksiyanın ruhunda Azərbaycan saraylarının orta əsr munəccimləri — ulduzların sirlərini açan və hökmdarlara məsləhət verən bilicilər dayanır. Onlar yalnız astroloq deyil, həm də dövrün elm adamları, təqvim ustaları və mənəvi yol göstəriciləri idilər. Munəccimlər səmanın dili ilə danışaraq səfər vaxtlarını, tacqoyma mərasimlərini və hətta şəxsi taleləri formalaşdırırdı. Onların bilikləri dövlət və fərdi talelərin yönündə mühüm rol oynayırdı.

Fazil Yaqubov öz dizaynında bu qədim hikməti müasir dizaynla birləşdirərək hər bir fincanı ulduzlarla danışan bir rəmzə çevirir. Qızılı bürc işarələri yalnız dekor deyil, həm də Təbiz miniatür məktəbinin irsinə incə istinaddır. Bu rəssamlıq məktəb Elxanilər və Səfəvilər dövründə çiçəklənmiş, zəngin rəngləri və poetik vizual dili ilə tanınmışdır. Kolleksiyada həmin xəttatlıq və rəssamlıq ənənəsinin ruhu qorunur.

Fincanların tünd göy fonu gecə səmasını xatırladır, səthində üzən buludlar isə Bakı-Madrid uçuşunda dizaynerin səmaya baxaraq ilham aldığı səhnələrin məhsuludur. Yuxular, sirlər və aydınlanma ilə dolu olan bu buludlar həm səmavi, həm də yerdən uzaq duyğuları simvolizə edir.

"Mystic Zodiac" kolleksiyası sıradan dəst deyil — bu parçalar keçmişin mirasını, ulduzların dilini və ruhun səyahətini daşıyan əsl estetik xatirədir. Öz bürcünüzü seçin və ya bir dostunuza hədiyyə edin — hər bir fincan sizə qədim bilik və müasir incəsənət arasında körpü olacaq.

İlk rəyi sən yaz və məhsula qiymət ver

Oxşar məhsullar